İrəvanda güclü partlayış VİDEO

Dağıntılar altında adamlar var

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Bu gün saat 12 radələrində Ermənistan paytaxtı İrəvanın Nor-Areş 34 ünvanında yerləşən ərazisində güclü partlayış olub.

    Partlayış dalğasından dörd evə ziyan dəyib, qonşu evlərin şüşələri qırılıb.

    Partlayışın baş verdiyi ev tamamilə dağılıb. İlkin məlumatlara görə, partlayışa səbəb məişət qazı ola bilər.

    Fotomüxbir Şamşyanın sözlərinə görə, hadisə yerinə toplaşan bir neçə vətəndaş partlayışın psixi pozğunluğu olan ev sakini tərəfindən törədildiyini bildirib.