XƏBƏRLƏR / Hadisə

Tərtər rayon sakini minaya düşdü

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib

Tərtər rayon sakini minaya düşdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:30

    Bu gün 23 yaşlı Tərtər rayonunun Qaradağlı kənd sakini Əlizadə Həsənəli Şahin oğlu minaya düşməsi səbəbindən onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

    ****

    22:05

    Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

    Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir.

    ***

    Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənəli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

    Əliyev Həsənəli Şahin oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib