Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib
Şərqi Qüdsdə avtobus dayanacağında terror aktı törədilib, ölənlər var
Azərbaycan Xarici İşlər Nazirliyi avtobus dayanacağında törədilən terror aktı ilə əlaqədar İsrailə başsağlığı verib.
Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilir.
"Şərqi Qüdsdə avtobus dayanacağında törədilən terror aktını qətiyyətlə pisləyirik. Ölənlərin ailələrinə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayırıq", - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.