XƏBƏRLƏR / Hadisə

Cəbrayılda mərmi alışdırıcısı partlayıb, xəsarət alan var

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb

Cəbrayılda mərmi alışdırıcısı partlayıb, xəsarət alan var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:30

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

    Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

    Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur

    ***

    Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

    Araşdırma aparılır.