XƏBƏRLƏR / Hadisə

Türkiyədə tələbələri daşıyan avtobus aşıb

Məlumatı "TRT Haber" yayıb

Türkiyədə tələbələri daşıyan avtobus aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda tələbələri daşıyan avtobus yoldan çıxaraq aşıb.

    Məlumatı "TRT Haber" yayıb.

    Bildirilib ki, hadisə nəticəsində 29 nəfər yaralanıb. Əraziyə təcili tibb yardım briqadaları göndərilib. Yaralılar Beyşehir Dövlət Xəstəxanasına yerləşdirilib.

    Məlumata əsasən, onların sağlıq durumları yaxşıdır.

    Konya Valiliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı istintaq başlayıb.