XƏBƏRLƏR / Hadisə

Sinqapur sahillərində iki neft tankeri yanıb

Səlahiyyətlilər kömək üçün yoldan keçən gəmilərə müraciət ediblər

Sinqapur sahillərində iki neft tankeri yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sinqapurun Pedra Branka adasından 55 kilometr şimal-şərqdə iki neft tankeri yanıb.

    Bu barədə “Bloomberg” agentliyi Sinqapurun Dəniz və Liman İdarəsinə istinadən məlumat yayıb .

    Məlumatda qeyd edilib ki, tankerlər Sinqapur, San-Tome və Prinsipi bayraqları ilə üzürmüş.

    Hazırda Sinqapur Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və hərbi helikopterin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatı davam edir. Səlahiyyətlilər kömək üçün yoldan keçən gəmilərə müraciət ediblər.

    Qeyd olunur ki, hadisə Çin, Yaponiya və Koreya Respublikasını Yaxın Şərq və Avropa ilə birləşdirən ən işlək gəmiçilik marşrutlarından birində baş verib.