Hindistanda kimyəvi zavodda partlayış: 34 ölü
Bu barədə "ANI" agentliyi polisə istinadən məlumat yayıb

Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Bu barədə "ANI" agentliyi polisə istinadən məlumat yayıb.
Qeyd edilib ki, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.
Bazar ertəsi səhər “Sigachi Industries” zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub. Qəzanın baş verdiyi yer hələ də dağıntılardan təmizlənir.