XƏBƏRLƏR / Hadisə

Mina hadisəsində xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir

Bu barədə ANAMA məlumat yaylb YENİLƏNİB

Mina hadisəsində xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:00

    Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

    ***

    Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.