NQ: Qarabağ probleminin həlli ilin ən vacib olayı sırasında
Rusiyanın "Nezavisimaya Qazeta"sı ilin ən yaddaqalan yekunları barədə yazıb
Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Qarabağ məsələsinin tam həllini ilin beş əsas hadisəsindən biri adlandırıb.
Rusiya nəşri Qarabağ məsələsinin tam həllini ilin hadisələri sırasına daxil edib.
“Azərbaycan Qarabağ məsələsini həll edib. 2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş özünü elan etmiş Dağlıq Qarabağ Respublikasının (DQR) tarixi başa çatdı. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə möhürləndi. Bununla belə, məsələnin nəhayət həlli üçün daha bir neçə il lazım oldu”, - nəşr yazıb.