Türkiyənin Şimali Marmara avtomobil yolunda Ədirnə istiqamətində hərəkətdə olan sərnişin avtobusu və yük avtomobilin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə TRT Haber məlumat yayıb.
İlkin məlumata görə, olay sonucunda avtobusdakı sürücü yardımçısı ölüb, 31 nəfər isə yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
“Qəzada sıxışıb qalanlar oldu. Qəza əsnasında ayağı, boynu qırılanlar oldu”, - sərnişinlərdən biri bildirib.
Qəza səbəbindən sözügedən istiqamətdə tıxac əmələ gəlib. Xilasedicilər yolda qəza törətmiş nəqliyyat vasitələrini aradan qaldırmağa çalışırlar.