XƏBƏRLƏR / Hadisə

İmişlidə zəncirvari qəza: 4 maşın toqquşdu

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib

İmişlidə zəncirvari qəza: 4 maşın toqquşdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İmişlidə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb, biri yük maşını olmaqla, dörd nəqliyyat vasitəsi toqquşub.

    Hadisə günorta saatlarında İmişli şəhəri Nəcməddin Savalanov küçəsi və Pənah Həsənov küçəsinin kəsişdiyi svetoforla nizamlanan yol ayrıcında qeydə alınıb.

    Belə ki, qəza zamanı "Ford" markalı yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. "Ford" idarəetmədən çıxaraq qarşı zolaqda dayanan "Opel" və "Mercedes" markalı minik maşınlarına və işıq dirəyinə çırpılıb, işıq dirəyi isə aşaraq "Mercedes" markalı minik avtomobilinin üzərinə aşıb.