XƏBƏRLƏR / Hadisə

Türkiyədə polisləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Bu barədə TRT xəbər verir

Türkiyədə polisləri daşıyan mikroavtobus qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Bildirilib ki, olay Afyonkarahisar–Əskişəhər magistralında baş verib. Belə ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq maneəyə çırpılıb.

    Qeyd olunub ki, yaralılar Əskişəhər Osmanqazi Universiteti Xəstəxanasına çatdırılıb.