XƏBƏRLƏR / Hadisə

Zərdabda dəhşətli qəza – 5 nəfər yanaraq ölüb

Bu barədə DİN xəbər yayıb

Zərdabda dəhşətli qəza – 5 nəfər yanaraq ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zərdab-Ağcabədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “KIA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb. Nəticədə avtomobildə olan 5 nəfər həyatını itirib.

    Qəza zamanı 1997-ci il təvəllüdlü Reyhan Məhəmmədova xəsarət alıb.

    Hadisə nəticəsində ölənlər:

    1989-cu il təvəllüdlü Elyar Məhəmmədov

    1954-cü il təvəllüdlü Qalib Məhəmmədov

    1981-ci il təvəllüdlü Susanna Məhəmmədova

    1956-cı il təvəllüdlü Səkinə Məhəmmədova

    1979-cu il təvəllüdlü Mehriban Kərimova

    Faktla bağlı araşdırma aparılır.