XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə avtomobil aşıb, ölən var

Hadisə Vəng kəndi ərazisində baş verib

Kəlbəcərdə avtomobil aşıb, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verib.

    Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

    Hadisə nəticəsində tikinti şirkətlərinin birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev ölüb. Sərnişin M.Nəcəfov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Qəza yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.