XƏBƏRLƏR / Hadisə

Füzulidə avtomobil dərəyə aşıb, ölən var

Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində baş verib

Füzulidə avtomobil dərəyə aşıb, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzulidə avtomobil dərəyə aşıb.

    Əhmədbəyli kənd sakini Möhsümzadə Möhsüm Oktay oğlu idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib.

    Nəticədə avtomobili dərəyə aşıb, sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Füzuli RPŞ-in İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.