Binəqədidə obyektdə baş verən yanğın məhdudlaşdırılıb VİDEO
FHN xəbər verir YENİLƏNİB
14:07
Bu gün saat 10:02-də Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Novxanı yolunun üzərində obyektdə yanğın baş verməsi haqqında "112" qaynar xəttinə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev hadisə yerində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, havanın küləkli olması, eyni zamanda yanan obyektə bitişik digər obyektlərin olması səbəbindən 2 saylı çağırış elan edilib, qüvvələr hadisə yerinə cəlb olunub, ətrafda olan obyektlər yanğından mühafizə olunub:
"Hazırda obyektin birinci mərtəbəsində yanğın hadisəsi məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər gedir. Obyektin içərisində taxta və karton taralar sıx şəkildə yığıldığından söndürülmə işlərində müəyyən məhdudiyyətlər yaranır. Buna baxmayaraq, şəxsi heyət hər istiqamətdən yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma gedir".
***
13:30
Bakının Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğının ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.