XƏBƏRLƏR / Hadisə

Zaqatalada 3 uşağı avtomobil vurub, 2-si hadisə yerində ölüb

Hadisə ilə bağlı cinayət işi açılıb FOTO

Zaqatalada 3 uşağı avtomobil vurub, 2-si hadisə yerində ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Zaqatalada üç məktəblini avtomobil vurub.

    Hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.

    İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakini olan üç məktəblini vurub.

    Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Uşaqların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

    Xəsarət alan uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Ölən məktəblilərin kimliyi məlum olub.

    Qəza zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

    2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb.