XƏBƏRLƏR / Hadisə

Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib

Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

    Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.