XƏBƏRLƏR / Hadisə

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bu barədə FHN-dən məlumat verilib

33 yaşlı kişi Qarabağ kanalında batıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 26 iyul 2026-cı il tarixində Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

    Əlavə məlumat veriləcək.