XƏBƏRLƏR / Hadisə

Suraxanı rayonunda güclü yanğın YENİLƏNİR/FOTO

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub

Suraxanı rayonunda güclü yanğın YENİLƏNİR/FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:00

    Yanğının baş verdiyi əraziyə polis əməkdaşları cəlb olunub - Daxili İşlər Nazirliyi

    Nazirlikdən bildirilib ki, bütün lazımi tədbirlər görülür və ərazi mühafizə olunur.

    ***

    16:47

    Şahidlərin bildirdiyinə görə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğını helikopterdən izləyir.

    ***

    16:10

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

    TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

    Qeyd olunub ki, indiyədək bir nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.

    Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.

    O bildirib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

    Yaxınlıqdakı insanlar təxliyə olunur.

    Məlumata görə, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə fəaliyyəti ilə yanğının məhdudlaşdırılması üzrə işlər aparılır.

    ***

    15:26

    Suraxanı rayonu “Efsun” şadlıq sarayının yaxınlığından A.Rzayev küçəsi və Zığ şossesi-Aeroport avtomobil yolu istiqamətində hərəkətə məhdudiyyət qoyulub.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

    ***

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi Suraxanı rayonunda yanğın olduğunu təsdiqləyib.

    Yanğınsöndürənlər hadisə yerindədir.

    Yerli sakinlər neft çəninin yandığını deyir.