XƏBƏRLƏR / Hadisə

İranda neft kəmərində partlayış baş verib, ölənlər var

Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar

İranda neft kəmərində partlayış baş verib, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Hörmüzgan ostanında neft kəmərində baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb.

    Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, əyalətin cənub-qərbindəki Bəndər-Xəmir şəhərində neft kəmərindən yanacaq oğurlamaq məqsədilə iki şəxs deşik açmağa cəhd edib və bunun nəticəsində partlayış baş verib.

    Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.