Karamanın Ermenek rayonunda tur avtobusu bir evin bağçasına aşıb. Qəzada 3-ü ağır olmaqla 26 nəfər yaralanıb.
Tur avtobusu Susaklı Mahallesi Ahmet Keleşoğlu Mədəniyyət Mərkəzinin arxasındakı yamaca qalxa bilməyib.
Geriyə sürüşərək idarəetmədən çıxan tur avtobusu bir evin bağçasına aşıb.
Qəzada avtomobilin sürücüsü də daxil olmaqla 26 nəfər xəsarət alıb.
Ermenek Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyati təhlükəsinin olduğu öyrənilib.