XƏBƏRLƏR / Hadisə

Salyanda avtomobil kanala aşıb, ölən və yaralananlar var

Hadisə səhər saatlarında Salyan rayonu Dayıkənd avtomobil yolunda qeydə alınıb

Salyanda avtomobil kanala aşıb, ölən və yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Salyan rayonunda avtomobilin su kanalına aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

    Hadisə səhər saatlarında Salyan rayonu Dayıkənd avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində Xalidə Yaqubova ölüb. Xəsarət alan şəxslər - Həsən Rüstəmov, Taleh Məhərrəmov, Miryusif Əhmədov, Lalə Yaqubova və Bəsirə Yaqubova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.