XƏBƏRLƏR / Hadisə

Kür-Bakı birinci magistral su kəmərində qəza baş verib

Bununla əlaqədar bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər yaranıb

Kür-Bakı birinci magistral su kəmərində qəza baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kür-Bakı birinci magistral su kəmərində qəza baş verib.

    Bununla əlaqədar Hacıqabul rayonunun Qızılburun və Atbulaq kəndlərinə, Ələt, Qobustan kəndlərinə, eləcə də Bakının Qaradağ rayonunun Səngəçal kəndinin bəzi hissələrinə və ona bitişik ərazilərə suyun verilməsində məhdudiyyətlər yaranıb.

    "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı ANS PRESS-ə bildirib ki, Bakıya gələn su kəmərində hər hansı problem yoxdur və təmir işləri yalnız Hacıqabuldan Səngəçaladək olan hissəni əhatə edir. A.Cəbrayıllı onu da bildirib ki, qəza baş verən hissədə təmir işləri günün sonunadək bitəcək.