XƏBƏRLƏR / Hadisə

Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti tapılıb

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb.

    1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünəməxsus "VAZ-21014" markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib.

    Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.