XƏBƏRLƏR / Hadisə

Rusiyada Su-25 hərbi təyyarəsi qəzaya uğrayıb

Pilot katapultdan istifadə edərək sağ qalıb, təyyarə isə dənizə düşüb

Rusiyada Su-25 hərbi təyyarəsi qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlkin məlumatlara görə, Su-25 hücum təyyarəsi Krasnodar diyarının Eysk şəhəri yaxınlığında çimərliyə düşüb.

    Pilot katapultdan istifadə edərək sağ qalıb. Xilasedicilər onu sudan çıxarıblar, həkimlər onun həyatı uğrunda mübarizə aparır, TASS yazır.

    İlkin məlumata görə, Su-25-in pilotu suya düşən zamanı ayaqlarını sındırıb,"Baza" yazır.

    Bundan əlavə, pilot çoxlu su udub və az qala boğulacaqdı. Lakin pilot xilasedicilər gələnə qədər dayana bilib. İndi o, artıq sahilə çatdırılıb və reanimasiya olunur.

    Hadisə baş verən zaman çimərlikdə çoxlu sayda istrahət edən yerli sakin və turistlər olub. Xilasetmə əməliyyatına helikopter və təyyarələr cəlb edilib.

    Su-25-in Krasnodar diyarında düşməsinin səbəbi, ilkin məlumatlara görə, texniki nasazlıq olub.