XƏBƏRLƏR / Hadisə

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb

Bu barədə FHN məlumat verib

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 09:48

    Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.

    17 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    Siyəzəndə dənizdə batan üç nəfərin kimliyi müəyyənləşib.

    Dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı - Bakı şəhər sakini Nemət Əhmədovdur.

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

    Xatırladaq ki, dünən axçam saatlarında Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.