İyunun 6-da Gürcüstanın Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbindən şagirdləri ekskursiyaya aparan mikroavtobuslar qəzaya düşüb.
Mikroavtobuslarda təxminən 30 nəfər olub.
Hadisə yolun kənarında baş verib.
Mikroavtobusun sürücüsü avtomobili saxladıqdan sonra digər mikroavtobus sürücüsü ilə söhbət etdiyi zaman arxadan gələn minik avtomobili mikroavtobusa çırpılıb.
Qəza nəticəsində sürücülərdən biri iki avtomobilin arasında qalaraq həyatını itirib. Dünyasını dəyişən şəxs 68 yaşlı Qardabani sakinidir.

Hadisə zamanı bir neçə şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.
Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 dəqiqədən az