Türkiyənin Dənizli vilayətində sərnişin avtobusu maneələrə çırpıldıqdan sonra yanıb.
Hadisə Sarayköy rayonunda qeydə alınıb.
Belə ki, 41 nəfərin olduğu avtobus idarəetmədən çıxaraq maneələrə çırpılıb, zərbə nəqliyyat vasitəsində yanğına səbəb olub. Qəza nəticəsində səkkiz nəfər ölüb, daha 33 sərnişin xəsarət alıb. Ölənlərdən biri 9 aylıq körpədir.
Hadisə yerinə təcili tibbi yardım xidməti, xilasedicilər, polis və jandarm əməkdaşları, habelə yanğınsöndürmə briqadası göndərilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
1 dəqiqədən az