XƏBƏRLƏR / Hadisə

Bakıda iki sərnişin avtobusu toqquşub, 4 nəfər xəsarət alıb

Hazırda faktla bağlı araşdırma aparılır

Bakıda iki sərnişin avtobusu toqquşub, 4 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 09:25 radələrində Xocasən şossesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb.

    Belə ki, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

    Hazırda faktla bağlı araşdırma aparılır.