XƏBƏRLƏR / Hadisə

İldırım vuran əsgərə şəhid statusu veriləcək YENİLƏNİB

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib

İldırım vuran əsgərə şəhid statusu veriləcək YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Müdafiə Nazirliyinin mayın 24-də səhər saatlarında yaydığı məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Fuad Davud oğlu Məmmədli xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olub.

    əsgər Fuad Davud oğlu Məmmədli

    Hərbi idarədən bir əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

    Əsgər ildırım vurması nəticəsində ölüb. Hadisə Daşkəsən rayonu ərazisindəki hərbi hissələrdən birində baş verib.

    Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgəri Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    "Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək", - rəsmi açıqlamada deyilir.