XƏBƏRLƏR / Hadisə

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış

Bir nəfər ölüb, bir qadın isə qolundan yaralanıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 12:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz Zavodu” MMC-də partlayış baş verib.

    Bu barədə “Azeri Daily”yə nazirin mətbuat xidmətindən məlumat verilib.

    ANS Press-in əldə etdiyi xəbər görə, Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

    Ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur. Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.

    Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.