XƏBƏRLƏR / Hadisə

Pakistanda məktəb damı uçub, 31 nəfər ölüb YENİLƏNİB

Bu barədə Pakistan mediası məlumat yayıb

Pakistanda məktəb damı uçub, 31 nəfər ölüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:32

    Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 30 uşaq və 1 müəllimə həlak olub.

    Bu barədə Pakistan mediası rəsmilərə istinadən xəbər verir.

    Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.

    Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib.

    Onun sözlərinə görə, hadisədən sonra özəl məktəbin sahibi həbs edilib.

    Axtarış-xilasetmə işləri davam etdirilir.

    ***

    11:20

    Pakistanın Peşəvər şəhərinin Dir-Koloni bölgəsində özəl məktəbin damının uçması nəticəsində 22 nəfər ölüb.

    Bu barədə Pakistan mediası məlumat yayıb.

    Onlardan 21-i şagird, 1-i isə müəllimdir.

    Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.