XƏBƏRLƏR / Hadisə

Metroda relsin üzərinə düşən şəxs reanimasiyadadır

Bu barədə TƏBİB məlumat yayıb

Metroda relsin üzərinə düşən şəxs reanimasiyadadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.

    TƏBİB-dən bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

    "Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır".

    Qeyd edək ki, dünən axşam saatlarında "Bakı Metropoliteni"nin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.