XƏBƏRLƏR / Hadisə

Tərtər rayonunun Şıxarx qəsəbəsində fərdi ev yanıb

Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb

Tərtər rayonunun Şıxarx qəsəbəsində fərdi ev yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tərtər rayonunun Şıxarx qəsəbəsində fərdi evdə yanğın olub.

    Laçın rayonundan olan Muradov Yaşar Qoca oğluna məxsus dördotaqlı ev yanıb. Yanğın zamanı ailə üzvləri evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb.

    Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb.

    Yanğının odun sobasından qopan qığılcımdan baş verdiyi deyilir.