XƏBƏRLƏR / Hadisə

Moskva yaxınlığıında zavodda güclü partlayış baş verib FOTO

Məlum olub ki, zavodun optika ilə heç bir əlaqəsi yoxdur, orada uzun müddətdir pirotexniki vasitələr istehsal olunur

Moskva yaxınlığıında zavodda güclü partlayış baş verib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şahidlər Moskva ətrafında Sergiev Posaddakı Zaqorsk optik-mexaniki zavodunda güclü partlayış olduğunu bildirirlər. Abunəçilər səmanı dolduran nəhəng tüstü dumanının videolarını göndərirlər. Qonşu evlərin pəncərələri sınıb. Buna nəyin səbəb olduğu hələlik məlum deyil.

    1935-ci ildən Zaqorsk zavodu müşahidə avadanlığı, tibbi avadanlıq, laboratoriya alətləri, son vaxtlar isə dozimetrik avadanlıq və təhlükəsizlik avadanlıqları istehsal edir.

    "Partlayışın baş verdiyi Sergiev Posaddakı zavodun optika ilə heç bir əlaqəsi yoxdur, orada uzun müddətdir pirotexniki vasitələr istehsal olunur" - Vorobyov, Moskva vilayətinin qubernatoru məlumat verib.

    Məlumat verilir ki, "Piro-Ross" şirkətinin zavodun ərazisindəki icarəyə götürdüyü pirotexnika anbarı partlayıb. Lakin ərazidə artilleriya mərmiləri tapılıb. Bu da öz növbəsində zavodun "optik cıhazlar" istehsal etdiyini şübhə altına alır.

     Başqa xəbərə görə, Sergiev Posaddakı partlayışın mümkün səbəbi pilotsuz təyyarənin hücumu ola bilər.

    Moskva vilayətinin Səhiyyə Nazirliyi Sergiev Posadda baş verən partlayışda 58 nəfərin yaralandığını bildirib. Hadisə yerində 23 təcili yardım maşını və bir helikopter işləyir.

    Moskva vilayətinin qubernatoru Vorobyov bildirib ki, baş verən partlayışdan sonra 5 nəfər dağıntılar altında qala bilər. Bəzi məlumatlara görə, bu hətta 25 nəfər ola bilər.