ABŞ təyyarədaşıyan gəmi Türkiyənin mülki gəmisiylə toqquşub
Hadisə Aralıq dənizində Misirin Port Səid şəhəri yaxınlığında baş verib

“USS Harry S. Truman” (CVN 75) təyyarədaşıyan gəmisi Aralıq dənizində Misirin Port Səid şəhəri yaxınlığında Türkiyənin “Beşiktaş-M” ticarət gəmisi ilə toqquşub.
Hadisə 2025-ci il fevralın 12-də yerli vaxtla təxminən 23:46-da baş verib. ABŞ Hərbi Dəniz Qüvvələri hadisəni araşdırdığını bildirib.