XƏBƏRLƏR / Hadisə

Türkiyədə 88 nəfər qidadan zəhərlənib

Bu barədə "TRT Haber" xəbər verib

Türkiyədə 88 nəfər qidadan zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda 88 nəfər qidadan zəhərlənib.

    Bu barədə "TRT Haber" xəbər verir.

    Məlumata görə, xəstəxanaya müraciət edənlərin 77-si şagirddir. Qeyd olunur ki, 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.

    İlkin araşdırmalar nəticəsində zərərçəkənlər Kayabağlar rayonunda fəaliyyət göstərən müəssisədən toyuq lavaşlarını istehlak etdiyi müəyyən olunub.

    Məlum olub ki, toyuq lavaşlarının bəziləri məktəb yeməkxanasından qablaşdırılıb, digərləri isə birbaşa müəssisədən alınıb. Hadisənin səbəbini müəyyən etmək üçün nümunələr götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.