16:50
Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) 17.10.2026-cı il tarixində saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
***
15:04
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.
1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarəetməni itirərək "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində aşırıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
***
14:30
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
1 dəqiqə