XƏBƏRLƏR / Hadisə

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

İki nəfərlik döyüş təyyarəsi Kaliforniya ştatının San Dieqo sahili yaxınlığında suya çırpılıb

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • AP News xəbər verir ki, fevralın 13-də ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki nəfərlik döyüş təyyarəsi Kaliforniya ştatının San Dieqo sahillərində qəzaya uğrayıb.

    - Məlumata görə, E/A-18G Growler-in hər iki pilotu sağ qala bilib. Sahil Mühafizəsinin sözçüsü bildirib ki, onlar Premiere balıqçı gəmisi tərəfindən götürülüb. Pilotlar daha sonra yaxınlıqdakı Gömrük və Sərhəd Mühafizə gəmisinə köçürülüb.

    - Öz növbəsində, adının açıqlanmasını istəməyən Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi qeyd edib ki, iki ekipaj üzvü təyyarədən çıxa bilib. San Dieqo Yanğın və Xilasetmə İdarəsinin məlumatına görə, onlar yerli xəstəxanaya aparılıb. Onların vəziyyəti stabildir.

    - San Dieqo limanında “Growler” gəmisinin qalıqları iki Sahil Mühafizə gəmisi tərəfindən qorunur.

    - Qəzanın digər təfərrüatları və səbəbləri məlum deyil.