XƏBƏRLƏR / Hadisə

İranın Xuzistan əyalətində güclü partlayış olub, ölənlər var

Bu barədə “Mehr” agentliyi xəbər verib

İranın Xuzistan əyalətində güclü partlayış olub, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Xuzistan əyalətində güclü partlayış olub.

    “Mehr” agentliyi xəbər verir ki, hadisə əyalətin Bağ Malik şəhərinin Əbu əl-Abbas rayonunun Lalab kəndində səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb.

    Əyalətin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri bildirib ki, partlayış nəticəsində həlak olanlardan beşi kişi, biri qadındır. O, partlayışın səbəbi haqqında məlumatsız olduğunu vurğulayıb.