Ötən gün Sabirabad rayon polis şöbəsinə Muğan Gəncəli kənd sakini 15 yaşlı R.Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidovun verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün səhər saatlarında Kür çayının sahilində yeniyetmə meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.