Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.
Bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.
“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, - məlumatda deyilir.
Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır.
Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb.
Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.
Qeyd edək ki, teleqram kanalları hadisə zamanı göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb.