XƏBƏRLƏR / Hadisə

İranın Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb

Bu barədə İran mediası xəbər yayıb

İranın Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

    Bu barədə IRNA məlumat yayıb.


    Bildirilib ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan vilayətində təlim missiyasını yerinə yetirərkən qəzaya uğrayıb.

    Qəza nəticəsində iki pilot yüngül xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.