"Aeroflot"un təyyarəsi Bakıda məcburi eniş etdi
Moskva-Dubay reysində sərnişinlərdən birinin səhhəti pisləşib
Moskvadan Dubaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Moskvadan (SVO) Dubaya uçan “Aeroflot” təyyarəsinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş tələb edib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
“Boeing 737-800 təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə lazımi tibbi yardım göstərilib”, - deyə mətbuat xidmətindən bildirilib.