13:26
İki gün əvvəl Kliniki Tibbi Mərkəzə qəbul olunan 1954-cü il təvəllüdlü şəxsin (Xalq artisti Şükufə Yusupova - red.) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
***
22 avqust 2026-cı il
15:21
Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub.
Hadisə ötən gün paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi "İçərişəhər" metrostansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.
Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
***
14:30
Avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb:
"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".
***
13:57
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.
Bu barədə İttifaq məlumat yayıb.
Qeyd olunub, Xalq artisti Kliniki Tibbi Mərkəzə gətirilib, əməliyyat tələb olunur.
2 dəqiqə