XƏBƏRLƏR / Hadisə

Türkiyədə avtobus xəndəyə düşüb: 4 ölü, 10 yaralı

Bu barədə Türkiyə mətbuatı xəbər verir

Türkiyədə avtobus xəndəyə düşüb: 4 ölü, 10 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Sivas əyalətində avtobus xəndəyə düşüb, nəticədə dörd nəfər ölüb.

    Daha 10 nəfər yaralanıb. Yerli medianın məlumatına görə, qəza zamanı avtobusda 14 sərnişin olub.

    İlkin məlumatlara görə, sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirib. Nəqliyyat vasitəsi əvvəlcə səkiyə çırpılıb, sonra isə xəndəyə düşüb.

    Hadisə ilə bağlı araşdırma başlanıb.