XƏBƏRLƏR / Hadisə

Çində məktəb yataqxanasında yanğında 13 nəfər ölüb

Hadisə yerli vaxtla yanvarın 19-da gecə Fançen rayonunun Duşu kəndində baş verib

Çində məktəb yataqxanasında yanğında 13 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Henan vilayətində məktəb yataqxanasında baş verən yanğında 13 nəfər ölüb.

    Vilayətin hakimiyyət orqanlarının açıqlamasında bildirilir ki, hadisə yerli vaxtla yanvarın 19-da gecə Fançen rayonunun Duşu kəndində baş verib. Yanğınsöndürənlərə saat 23:00-da hadisə barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər saat 23:38-də yanğını nəzarət altına alıblar. Hadisə yerində 13 şagirdin meyiti tapılıb, bir nəfər xəsarət alıb.

    Yanğının baş vermə səbəbləri araşdırılır.