XƏBƏRLƏR / Hadisə

Nigeriyada yanacaq tankeri partlayıb: 140 ölü YENİLƏNİB /

Ən azı 50 nəfər də ağır yaralanıb FOTO

Nigeriyada yanacaq tankeri partlayıb: 140 ölü YENİLƏNİB /
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:10

    Nigeriyanın şimalında yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

    Bu barədə xarici KİV məlumat yayıb.

    Partlayışda ölən insanlar kütləvi məzarlıqda dəfn ediliblər.

    ***

    13:40

    Nigeriyanın şimalında yanacaq almaq üçün toplaşan yerli əhalinin yaxınlığında qəzaya uğrayan tankerin partlaması nəticəsində azı 94 nəfər ölüb.

    CNN-in verdiyi xəbərə görə, Jiqava əyalətinin Majiya kəndində axşam saatlarında baş verən partlayış nəticəsində ölənlərin sayının artacağı gözlənilir.

    Jiqava polisinin sözçüsü Şiisu Loan Adam "Sürücü idarəetməni itirib və tankerin  yanacağı drenaj xəndəyinə tökülüb" deyib.

    “Nəticədə, partlayış baş verən zaman sakinlər yanacaq götürməyə tələsirmişlər”.

    Ən azı 50 nəfər də ağır yaralanıb.

    ***

    13:09

    Nigeriyanın Jiqava əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 94 nəfər ölüb, 50 nəfər yaralanıb.