Ağdamda "Mercedes" aşıb, yaralılar var
Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıb

Ağdamda "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
İkisi qadın olmaqla üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.
Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.